"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
  • Clock-gray 17:19
  • calendar-gray 03 İyun 2020

“Azərkosmos” ASC Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder olan “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, əməkdaşlığa əsasən “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.

Keniya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.

Bundan əlavə “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər