BNA 320 avtobusun alınmasına dair tender keçirir

BNA 320 avtobusun alınmasına dair tender keçirir
  • Clock-gray 16:02
  • calendar-gray 14 İyul 2020

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat vasitələri – avtobusların satın alınması üzrə açıq tender elan edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Tender Komissiyasının məlumatında deyilir.

Tender 170 ədəd 10 metrlik və 150 ədəd 12 metrlik STQ tipli avtobusların satın alınması üzrə keçirilir.

İddiaçılar tender sənədlərini avqustun 25-dək, tender təkliflərini isə sentyabrın 2-dək təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 3 500 manat təşkil edir. Təkliflər zərflərinin açılma proseduru sentyabrın 3-də saat 12:00-da keçiriləcək.

APA-Economics

Digər xəbərlər