"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib ®

"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib ®
  • Clock-gray 13:00
  • calendar-gray 22 May 2020

Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə Bakcell şirkəti 30 manat dəyəri olan yeni 50 GB internet paketini təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu təklif sayəsində “Bakcell” öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir.

“Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində video yayım xidmətləri, sosial şəbəkələr və digər yüksək keyfiyyətli kontentlə yanaşı ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı üstün müştəri təcrübəsini təmin etmək məqsədilə, təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, - deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

50 GB internet paketini “Mənim Bakcellim” tətbiqetməsi vasitəsilə və ya xüsusi kodu yığmaqla əldə etmək olar.

Ətraflı məlumat: https://www.bakcell.com/az/50gb-bundle.

“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanları təmin edir.

Hüseyn Vəliyev

Digər xəbərlər