Bakı Limanı açıq müsabiqə elan edib

Bakı Limanı açıq müsabiqə elan edib
  • Clock-gray 10:45
  • calendar-gray 25 Fevral 2020

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edib.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 5 mart 2020-ci il saat 17:00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 mart 2020-ci il saat 17:00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 10 mart 2020-ci il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date