Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralında təmir-bərpa işləri davam etdirilir - FOTO

Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralında təmir-bərpa işləri davam etdirilir - FOTO
  • Clock-gray 12:43
  • calendar-gray 26 Oktyabr 2020

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsinədək 5.5 km-li ərazi asfaltlanıb. Ceyranbatandan VAZ dairəsi istiqamətində 3 km-lik ərazidə isə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 km təşkil edir.  

Bundan başqa magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənəcək.

Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı və Sumqayıt-Saray avtomobil yollarından istifadə edə bilərlər.

Əsmər Qabil

Digər xəbərlər