Bakının Nəsimi rayonunda qəza səbəbindən suyun verilməsi dayandırılıb

Bakının Nəsimi rayonunda qəza səbəbindən suyun verilməsi dayandırılıb
  • Clock-gray 14:50
  • calendar-gray 06 İyul 2020

Bakı şəhəri Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 6 iyul 2020-ci il tarixində Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

APA-Economics

Digər xəbərlər