Bu ilin ortalarında "Xətai" metro stansiyasında qatarların ikitərəfli hərəkəti təşkil olunacaq

Bu ilin ortalarında "Xətai" metro stansiyasında qatarların ikitərəfli hərəkəti təşkil olunacaq
  • Clock-gray 12:51
  • calendar-gray 17 Yanvar 2020

"Metronun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti bu ilin ortalarına təşkil olunacaq".

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda metronun "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılmasına başlanılıb. 

"Bu məqsədlə köhnə stansiya yolu sökülür. "Xətai" stansiyasının bir yolunda olduğu kimi, burada da dəmir beton bloklarından istifadə olunacaq. İşlər başa çatdırılandan sonra yol yatağı yeni infrastrukturun qurulmasına hazırlanacaq və dəmir beton bloklarından ibarət növbəti stansiya yolu olacaq. Bundan başqa, tunellərdə də gücləndirmə işləri davam etdirilir", - deyə B. Məmmədov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date