COVID-19-a görə beynəlxalq poçt göndərişlərini qəbul etməyən ölkələr açıqlanıb

COVID-19-a görə beynəlxalq poçt göndərişlərini qəbul etməyən ölkələr açıqlanıb
  • Clock-gray 10:17
  • calendar-gray 31 May 2020

Qlobal pandemiya (COVID-19) səbəbindən xarici ölkələrdən poçt göndərişlərini qəbul etməyən ölkələr açıqlanıb.

"APA-Economics" Regional Rabitə Birliyinə istinadən xəbər verir ki, siyahıda 18 ölkənin adı çəkilir. Onların sırasına Küveyt, Liviya, Peru, Tunis, Maldiv adaları, Pasxa adası (Çili), Ekvador, Mavritaniya, Cənubi Afrika, Honduras, Samoa, Çad, Boliviya, Malavi, Toqo, Kuba, Dominikan Respublikası və Türkmənistan daxildir.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb. Hazırda ölkənin poçt şöbələrində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir.

Hüseyn Vəliyev

Digər xəbərlər