"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsinin final mərhələsinin vaxtı açıqlanıb

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsinin final mərhələsinin vaxtı açıqlanıb
  • Clock-gray 16:42
  • calendar-gray 02 İyun 2020

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsinin final mərhələsi iyul ayının sonlarında baş tutacaq.

"APA-Economics" müsabiqənin təşkilatçılarına istinadən xəbər verir ki, hazırda müsabiqənin "Reallaşdırma" mərhələsi keçirilir və bu mərhələ 17 iyul tarixinədək davam edəcək.

Qeyd edək ki, müsabiqənin layihələndirmə mərhələsində 15 komanda iştirak edib. Komandaların sənədlərinin və təqdimatlarının qiymətləndirilməsi müsabiqənin qiymətləndirmə meyarları əsasında təşkil edilib. Nəticə olaraq, reallaşdırma mərhələsinə 6 ali təhsil müəssisələrindən 10 komanda vəsiqə qazanıb.

Müsabiqə tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir.

Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını yerinə yetirir.

Hüseyn Vəliyev

Digər xəbərlər