"CanSat Azərbaycan 2020" peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb

"CanSat Azərbaycan 2020" peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb
  • Clock-gray 17:10
  • calendar-gray 23 Oktyabr 2020

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb.

Müsabiqənin təşkilatçılarından "APA-Economics"ə verilən məlumata görə, mərhələnin nəticələrinə görə, 5 ali təhsil müəssisəsindən (Bakı Mühəndislik Universiteti, UFAZ, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi və Moskva Dövlət Universiteti) 6 komanda (Rodimus, Canopus, Feniks, Undefined Five Objects, MS_U_FO və Cannis Majoris) sənədlərini təqdim edərək finala vəsiqə qazanıblar.

Müsabiqənin "Final" mərhələsi isə yaxın vaxtlarda baş tutacaq. Müsabiqə tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir.

Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunan missiyasını yerinə yetirir.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və "Azercosmos" ASC tərəfindən təşkil olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər