Çində "bloger" və "kiberidmançı" rəsmi peşə elan olunub

Çində "bloger" və "kiberidmançı" rəsmi peşə elan olunub
  • Clock-gray 12:00
  • calendar-gray 09 İyul 2020

Çində onlayn mağaza sahibləri, habelə bloger və kiberidmançılar işə götürülən kimi təsnif ediləcək.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, ölkədə belə bir addımın atılmasına qərar koronavirus pandemiyası və artan işsizlik səbəbindən verilib.

Çin Milli Statistika Bürosunun məlumatına görə, işə qəbul olmaq üçün vətəndaşlar həftədə ən azı bir saat işləməlidir.

Çin Təhsil Nazirliyi universitet və kolleclərdən məşğulluq məlumatları toplayarkən yeni qaydalara riayət etməyi və bütün məzunların məşğulluq statistikasını nəzərdən keçirmələrini rica edib.

Qeyd edək ki, Çində bu yay rekord dərəcədə – 8,74 mln. yeni məzun əmək bazarına daxil olub. Bu isə məşğulluq bazarındakı onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, milyonlarla insan koronavirus səbəbindən işsiz qalıb.

Hüseyn Vəliyev

Digər xəbərlər