Daha üç müəssisəyə YTP-nin rezident statusu verilib

Daha üç müəssisəyə YTP-nin rezident statusu verilib
  • Clock-gray 13:04
  • calendar-gray 14 Fevral 2020

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) Ekspertlər Şurası texnoparkda rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən üç müəssisənin layihələri qiymətləndirib.

YTP-dən “APA-Economimcs”ə verilən məlumata görə, layihələr “Buta Armor Technologies”, “4MAPS Bilgi Teknolojileri” və “Aşqar” Elmi İstehsalat Birliyi tərəfindən təqdim edilib.

Şura üzvləri layihə rəhbərlərinin təqdimatlarına münasibət bildirdikdən sonra, layihələr Yüksək Texnologiyalar Parkın rezidentliyinə qəbul edilib.

Qeyd edək ki, hazırda YTP-də rezident statusu ilə 10 şirkət fəaliyyət göstərir.

Hüseyn Vəliyev

Digər xəbərlər