Gələn il Çindən Bakı Limanına gələn konteynerlərin sayı artırıla bilər

Gələn il Çindən Bakı Limanına gələn konteynerlərin sayı artırıla bilər
  • Clock-gray 16:45
  • calendar-gray 13 Dekabr 2019

Çinin aparıcı nəqliyyat və investisiya “Shanghai Ace Investment & Development Co” şirkətinin prezidenti Sun Vanqpinq Bakı Limanına səfər edib.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Çinin aparıcı şirkətlərinin Bakı Limanına marağı ildən-ilə artmaqdadır. Qeyd olunan ölkənin şirkətləri limanı yalnız tranzit məntəqəsi kimi deyil, eyni zamanda regional distribusiya mərkəzi kimi nəzərdən keçirirlər. Ümumilikdə, Çinlə ticarət əlaqələri artan xətlə inkişaf edir və son 10 ayda ölkədən daxil olan konteynerlərin sayı 2,4 dəfə artıb.

Eyni zamanda, Bakı Limanı Avropa ilə Çini də birləşdirmək niyyətindədir. Bu məqsədlə noyabr ayını 25-də Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Middle Corridor” – “Orta Dəhliz”) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalanıb.

Məlumata görə, görüş zamanı Sun Vanqpinq bildirib ki, Bakıya səfər etməmişdən öncə, şəhər haqqında hər zaman müsbət rəylər eşidib və bu rəylərin təsdiqini tapıb, Bakıdan çox gözəl ilk təəssüratlar alıb. O, hava limanından şəhərin mərkəzinə və həmçinin mərkəzdən Ələt qəsəbəsindəki limana gedən yolların çox keyfiyyətli olduğunu diqqətə çatdırdı: ”Deyərdim ki, buradakı yollar bu regionda gördüyüm ən mükəmməl yollardan biridir”.

Çinli qonaq həmçinin qeyd edib ki, Bakı Limanı onda çox xoş təəssürat yaradıb: “Burada tətbiq olunmuş müasir texnologiyalar əməliyyatların əksəriyyətini avtomatlaşdırıb. Bu, öz növbəsində əməliyyatları sürətləndirir və aşırılan yüklərin həcmini artırmasına öz töhfəsini verir. Bundan əlavə, Bakı Limanının qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi və həm Avropadan Çinə həmdə, Çindən Avropaya yüklərin daşınmasında aktiv fəaliyyət göstərir”.

Şirkətin prezidenti qeyd edib ki, gələn il Çindən Bakı Limanına gələn konteynerlərin sayı artırıla bilər: “Burada bu il ərzində təxminən 30 min konteyner aşırılıb. Gələcəkdə bu rəqəmin artmasına və limanın bu regionda paylama mərkəzi kimi fəaliyyət göstərəcəyinə inanıram. Bundan öncə məhsullar Çindən Avropaya 45 günə çatırdısa, hal-hazırda “Orta Dəhliz”, o cümlədən Bakı Limanı vasitəsi ilə məhsullar artıq 18 günə qədər çatırlar. Əminəm ki, qeyd olunan rəqəm yaxın gələcəkdə daha da aşığı olacaqdır. Bu da yük sahibləri üçün çox əlverişli bir zamandır”.

Qeyd edək ki, 2019-cu ilin 3 dekabr tarixində Çin Xalq Respublikasına səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov paytaxt Pekində “Shanghai Ace Investment & Development Co”nun rəhbərliyi ilə görüşüb və şirkət rəhbərliyinin Bakı Limanına səfər etməsində dair razılıq əldə olunub.

Emil İsmayılov

Digər xəbərlər