Güclü külək Gəncədə qaz xətlərini və sayğacları zədələyib

Güclü külək Gəncədə qaz xətlərini və sayğacları zədələyib
  • Clock-gray 14:13
  • calendar-gray 25 Fevral 2020

Gəncə şəhərində bu gün günorta saatlarında T. Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub. Bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb.

APA-Economics”in “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date