Heydər Əliyev Beynəlxalq Aeroportu ən punktual aviaşirkətlərin reytinqini açıqlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportu ən punktual aviaşirkətlərin reytinqini açıqlayıb
  • Clock-gray 14:31
  • calendar-gray 05 Dekabr 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bir neçə aviaşirkət –  “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə - 100% punktuallığa nail olub.

MMəlumata əsasən, "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90% -i yerinə yetirilmişdirlər. “Nordwind” (88.9%) və “Turkish Airlines” (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstəriblər.

Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81% -i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Emil İsmayılov

Digər xəbərlər