Hövsanda suyun verilməsi dayandırılıb

Hövsanda suyun verilməsi dayandırılıb
  • Clock-gray 17:26
  • calendar-gray 06 İyul 2020

Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb. Hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər