"Huawei" smartfonlarının qlobal satışları 23% azalıb

"Huawei" smartfonlarının qlobal satışları 23% azalıb
  • Clock-gray 16:28
  • calendar-gray 30 Oktyabr 2020

Bu ilin III rübündə "Huawei" smartfonlarının qlobal satışları 51,7 mln. vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə CNBC "Canalys"in hesabatına istinadən xəbər verir.

Hesabatda bildirilir ki, satışlardakı azalma ABŞ-ın sanksiyaları ilə əlaqədardır. İyul-sentyabr aylarında qlobal smartfon bazarı 1% (348 mln. yeni cihaz) azalıb.

"Huawei"in xarici bazarlarda satış itkiləri daha əhəmiyyətli olsa da, Çin bazarında azalma 15% təşkil edib. İT nəhəngin əsas problemi "Google" servislərinin "Huawei" smartfonlarında olmaması ilə əlaqədardır.

Gələcəkdə "Huawei"in komponent çatışmazlığı ilə qarşılaşacağı istisna olunmur. Belə ki, sentyabrın 15-dən etibarən Tayvanın TSMC şirkəti "Huawei" üçün "Kirin" prosessorlarının istehsalını dayandırıb.

Hüseyn Vəliyev

Digər xəbərlər