"Microsoft" Azərbaycanda bazar payını artırıb

"Microsoft" Azərbaycanda bazar payını artırıb
  • Clock-gray 16:05
  • calendar-gray 01 İyul 2020

Bu ilin iyun ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı may ayı ilə müqayisədə 2,9 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin iyul ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 48,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2 faiz bəndi azdır.

May ayı ilə müqayisədə iyunda "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 1,6 faiz bəndi artaraq iyul ayının 1-nə 37,7% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 3,4 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 7,9% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyun ayında may ilə müqayisədə 0,27 faiz bəndi çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 0,51 faiz bəndi azdır.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 4,85%, naməlum əməliyyat sistemləri – 1,21%, "Linux" – 0,71% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər