"Nar" koronavirusla mübarizəyə dəstək çərçivəsində səyyar xidmətlərin göstərilməsinə başlayıb ®

"Nar" koronavirusla mübarizəyə dəstək çərçivəsində səyyar xidmətlərin göstərilməsinə başlayıb ®
  • Clock-gray 18:16
  • calendar-gray 06 Aprel 2020

"Nar" şirkəti abunəçilərin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu xidmət sayəsində Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də dublikat və nömrə bərpası əməliyyatları üçün “Səyyar Nar”a müraciət edə bilərlər. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 Çağrı mərkəzi və mobil operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir. Xatırladaq ki, abunəçilər tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə yerinə yetirə bilərlər. "Nar" hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər etməyə çağırır.

Hüseyn Vəliyev

Digər xəbərlər