Nazir: “Koronavirusa görə BTQ-nin yük potensialı artırıla bilər”

Nazir: “Koronavirusa görə BTQ-nin yük potensialı artırıla bilər”
  • Clock-gray 15:59
  • calendar-gray 27 Mart 2020

 

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun yük potensialı 2500 tondan 6 000 tonadək artırıla bilər.

APA “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib. Nazir deyib ki, bu istiqamətdə Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə koordinasiyalı fəaliyyət göstərilir.

“COVID-19 tədbirləri çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu 2500 ton yük potensialı ilə ticarətin xidmətindədir və tələb olduğu təqdirdə bu, 6 min tonadək artırılacaq. Türkiyə təmassız xarici ticarət sahəsində bütün dünyaya nümunə ola biləcək uğurlar əldə edib. Biznes sektorunun bu istiqamətlərdən və imkanlardan istifadə etməklə ticarətə davam etmələrini istəyirəm. İndiki vəziyyətdə dəmir yollarına üstünlük verməliyik”, - deyə nazir qeyd edib.

 

Səid Babazadə

Digər xəbərlər