Nazir Ramin Quluzadə Sabirabadda vətəndaşları qəbul edib - FOTO

Nazir Ramin Quluzadə Sabirabadda vətəndaşları qəbul edib - FOTO
  • Clock-gray 15:28
  • calendar-gray 14 Fevral 2020

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları Sabirabad və Şirvanda keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin fevral ayında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Sabirabad şəhəri H. Əliyev mərkəzində, nazirin birinci müavini Əli Abdullayev  Şirvanda vətəndaşlarla görüşüb.

Nazirin qəbulunda Sabirabad və Saatı rayonları, nazirin birinci müavininin qəbulunda isə Şirvan  sakinlərinin müraciətlərinə baxılıb. Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib. Bəzi vətəndaş müraciətləri operativ şəkildə həll edilib. Araşdırılması tələb olunan digər müraciətlərin barədə  nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata götürülüb.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date