Ölkə üzrə telekommunikasiya qovşaqlarında dezinfeksiya işləri aparılır

Ölkə üzrə telekommunikasiya qovşaqlarında dezinfeksiya işləri aparılır
  • Clock-gray 14:34
  • calendar-gray 30 Mart 2020

Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonlar üzrə 57 telekommunikasiya qovşağında, Beynəlxalq  Avtomat Telefon Stansiyasında və Kabel Magistralları  Texniki Qovşağında dezinfeksiya işləri və digər qabaqlayıcı tədbirlər həyata keçirilir. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” rabitə operatorundan "APA-Economics"ə verilən məlumata görə, işçi heyyətinin  sağlamlığı və təhlükəsizliyi diqqətdə saxlanılır, virusdan  qorunmaq  məqsədilə əməkdaşlar zəruri  tibbi  vasitələrlə  (spirt, maska və.s ) təmin  olunurlar.  Müəssisələrə gələnlərin hərarəti  yoxlanılır və  əlləri xüsusi  məhlulla dezinfeksiya edilir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date