Qazaxıstanın 14 vətəndaşı Bakı Limanından ölkələrinə yola salınıb

Qazaxıstanın 14 vətəndaşı Bakı Limanından ölkələrinə yola salınıb
  • Clock-gray 11:41
  • calendar-gray 03 İyul 2020

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zamanolduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Emil İsmayılov

Digər xəbərlər