Qubernator: "Bakı və Həştərxan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var"

Qubernator: "Bakı və Həştərxan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var"
  • Clock-gray 18:03
  • calendar-gray 13 Dekabr 2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nəqliyyat sahəsində uğurlu əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, İ. Babuşkin bildirib ki, Xəzər üzərindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri hövzədə su nəqliyyatının əhəmiyyətini daha da artırır. Qubernator Bakı və Həştərxanı birləşdirən ticari əlaqələrdən də danışıb. O qeyd edib ki, bu əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Öz növbəsində R. Vəliyev şirkətin nəqliyyat və ixtisaslaşmış donanmalarının potensialından danışıb, Bakı və Həştərxanı birləşdirən tarixi gəmiçilik ənənələrindən məlumat verib.

Daha sonra Həştərxandan olan nümayəndə heyəti “OSK” Birləşmiş Gəmiqayırma Korporasiyasının təqdimatı ilə çıxış edib. Təqdimat zamanı şirkətin əldə etdiyi son nailiyyətlər, tikdiyi müxtəlif tipli üzən vasitələr, göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date