Rusiyada avtomobil istehsalı apreldə kəskin azalıb

Rusiyada avtomobil istehsalı apreldə kəskin azalıb
  • Clock-gray 11:00
  • calendar-gray 22 May 2020

Rusiyada minik avtomobillərinin istehsalı aprel ayında 79,2% azalıb.

"APA-Economics"in Rusiyanın Federal Dövlət Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası və məhdudlaşdırıcı tədbirlər fonunda ötən ay 30 min avtomobil istehsal edilib. Bununla da, ötən ilin eyni dövrü ilə müqayisədə azalma 100 min avtomobili keçib.

Buna bənzər dinamika yük maşınları seqmentində də müşahidə edilib. Belə ki, yük avtomobillərinin istehsalı aprel ayında 36,5% azalaraq 8,7 min ədəd olub. Bu, 2015-ci ilin fevral ayından bəri minimal göstəricidir.

Rusiyada avtobus istehsalı isə, əksinə, 15% artaraq 1,4 min ədədə çatıb ki, bu da ilk növbədə, şəhər və şəhərlərarası nəqliyyat parkının yenilənməsi ilə bağlı müqavilələrin icrası ilə əlaqədardır.

APA-Economics

Digər xəbərlər