Startaplar üçün nəzərdə tutulan müsabiqənin seçim mərhələsi təxirə salınıb

Startaplar üçün nəzərdə tutulan müsabiqənin seçim mərhələsi təxirə salınıb
  • Clock-gray 16:33
  • calendar-gray 06 Aprel 2020

Dünyanı bürüyən koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə aparılan tədbirlərə – Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tələblərinin icrasına əsaslanaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "Azərbaycan Beynəlxalq Bankı"nın birgə əməkdaşlıq çərçivəsində, "Enterprise Azerbaijan" portalının startaplar üçün həyata keçirdiyi "Kraudfandinqə Qoşul" müsabiqəsinin seçim mərhələsi və bundan irəli gələn digər məsələlər təxirə salınıb.

"APA-Economics" portala istinadən xəbər verir ki, təşkilatçılar ölkədaxili karantin tədbirlərinə dəstək olmaq məqsədilə Operativ Qərargahın müəyyən etdiyi karantin və özünütəcrid qaydalarına riayət etməyə, səfərlərdən çəkinməyə və distant fəaliyyət göstərməyə çağırır.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date