
- apa.az
- İnfrastruktur
Azərbaycan-Rusiya sərhədində yeni körpü dekabrda istifadəyə veriləcək
Samur çayı üzərindən Azərbaycan-Rusiya sərhədində yerləşən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarında planlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bu barədə "Moskva-Bakı" portalına Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib.
"Qeyd etmək istərdim ki, bu gün sərhədin hər iki tərəfindəki çatışmazlıqların həllinə diqqəti artırmalıyıq. Bunun üçün sərhəd infrastrukturunun inkişafı üzrə Rusiya-Azərbaycan ortaq işçi qrupu yaradılıb. Yaraq-Kazmalyar keçid məntəqələrində Samur çayı üzərindəki avtomobil körpüsü bu məsələnin həllinə kömək edəcək. Müqavilə çərçivəsində işlərə 2017-ci ilin dekabrında start verilib. Körpünün istifadəyə verilməsi 2019-cu ilin dekabr ayının ortalarında planlaşdırılır", - deyə Oreşkin qeyd edib.
Oreşkin Samur çayı üzərindəki körpünün, Rusiyanın vacib saydığı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm bir hissəsi olduğunu vurğulayıb.
"Ekspert hesablamalarına görə, Azərbaycan ərazisi ilə (dəhliz çərçivəsində - red.) yerüstü yük tranziti orta müddətdə 7 mln. tona yaxınlaşa bilər və daha uzun müddətdə bu göstərici 13 mln. tondan çox ola bilər. Tranzitin böyük hissəsi Hindistana və İrana gedən Rusiya və bu ölkələrdən göndərilən yüklərin hesabına formalaşacaq. Gələcəkdə bəlkə də Cənubi və Cənub-Şərqi Asiya, Fars Körfəzı dövlətləri barəsində də söhbət gedə biləcək ", - deyə rusiyalı nazir bildirib.
Samur çayı üzərindən körpünün inşası layihəsi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Yeni körpü, 1957-ci ildə tikilən mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,5 metr olacaq. Layihənin dəyəri 36,5 milyon manatdır (təxminən 21,5 mln. ABŞ dolları). Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirir.
Emil İsmayılov
Digər xəbərlər
XƏBƏR LENTİ
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Trampın müşaviri Çinlə imzalanacaq ticarət sazişinin detallarını açıqlayıb
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
İlham Yadullayev: "Onların belə işə əl atacağına heç vaxt inanmazdım" - MÜSAHİBƏ
Bakıda xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
ABŞ Nümayəndələr Palatasının komitəsi Trampa impiçment elan olunacaq iki maddəni təsdiqləyib
Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO
Məsud Özil müsəlman dünyasını uyğur türklərinə laqeyd münasibətlərinə görə qınayıb
Bakıda avtomobil qadını vurub
Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
Prezident İlham Əliyev Boris Consonu təbrik edib
Boris Conson: “İnsanların siyasət və “Brexit” barəsində danışıqlara fasilə verməyə ehtiyacı var”
Aqrar Sığorta Fondunun Nizamnamə kapitalı və idarəetmə orqanları müəyyənləşib
Şeş-Qoşa atıb, aldığınız məhsulu pulsuz aparın
Aqrar sığortanın dövlət büdcəsi hesabına ödənilməli olan hissəsi ilə əlaqədar tələb edilən sənədlər müəyyənləşib
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
Britaniyada təhsil alan məzunların mükafatlandırılması mərasimi keçirilib
Bakıda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
Bakıda minik avtomobili yanıb
Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyə görə Kolumbiyaya təşəkkür edib
Nazir: “Azərbaycanda təbii artım göstəricisi artıb"
"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO
XİN: Belə çıxır ki, Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir
Dubayda Azərbaycan məhsullarının ixracına dair razılıq əldə olunub
Əbülfəs Qarayev Almaniya səfiri ilə görüşüb
Qubernator: "Bakı və Həştərxan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var"
Üçqat Azərbaycan çempionu mövsümə “Murov” adı ilə başlayacaq
“Bizim supermarket”də “kərə yağı” adı altında satılan spred yağı aşkarlanıb
Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi zamanı 307 ağac köçürüləcək
AMB: Ölkədən çıxarılan pul baratlarının həcmi 19% artıb
Elmar Məmmədyarov Latviya Seyminin sədri ilə görüşüb
Quba Təhsil Şöbəsi: Yanğın zamanı məktəbdən 21 şagird təxliyə olunub
UNEC-də “Musiqidən ürəklərə” adlı inklüziv konsert proqramı keçirilib
Azərbaycanın qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 399 mln. dollardan çox profisit yaranıb
Danışılmış oyunda günahlandırılan futbolçu: “Dünən bizi ifadə vermək üçün çağırmışdılar”
DİN qəza olan magistral yolda sürət həddini dəyişib
Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb
Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib
İranda hökumət əleyhinə aksiya keçirilib
Dolların dekabrın 16-na olan məzənnəsi açıqlanıb

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"