
- apa.az
- İnfrastruktur
“AZAL” “Dubai Air Show 2019” sərgisində bir sıra razılaşmalara imza atıb - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi keçirilir. Sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.
“Azərbaycan Hava Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, sərgidə QSC-niin vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Azərbaycan nümayəndə heyəti “Boeing” şirkətinin rəhbərliyi ilə uzaq magistrallı “Boeing 787 Dreamliner” təyyarələrinin təchizatı ilə bağlı görüşüb. Bu tipli iki təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.
Sərgi çərçivəsində Eldar Hacıyev “Airbus” konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüşüb. Danışıqların əsas mövzusu “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğruldub və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. “Airbus” şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş alıb.
Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparıb. Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilib – əməliyyat və maliyyə lizinqi.
Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların “FlightSafety International” kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılıb. Milli Aviasiya Akademiyası üçün “Embraer E190-E1” aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq.
AZAL-ın nümayəndə heyəti Dubayda “GE Aviation” şirkətinin vitse-prezidenti Ceyson Toniç (Jason J Tonich) ilə danışıqlar aparıb. “GE Aviation” müxtəlif modifikasiyalı, həmçinin “Azərbaycan Hava Yolları”nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır.
Aviaşouda mühüm hadisələrdən biri də “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev və Macarıstan aeronaviqasiyası “HungaroControl”un icraçı direktoru Kornel Szepessy arasında Avropa və Avrasiya hava limanlarının aeronaviqasiya məlumatlarının mübadiləsi üçün mərkəzləri Budapeşt və Bakıda olmaq ilə rəqəmsal magistralın yaradılması haqqında müqavilənin imzalanması olub. İmzalanan saziş Avropa Birliyi ilə Avrasiya arasında aviasiya məlumatlarının ötürülməsi üçün sabit rəqəmsal magistral kanalının yaradılmasına, habelə aviasiya məlumatlarının Bakıdakı serverlərdə saxlanılması və daha sonra Avrasiyanın aviasiya istifadəçilərinə ötürülməsinə imkan verəcək.
Bu əməkdaşlığın strateji məqsədi hava nəqliyyatının idarə olunması sahəsində kritik məlumatların etibarlı və təhlükəsiz mübadiləsini təmin etməkdir ki, bu da öz növbəsində Avropa ilə Avrasiya arasında kəsilməz və funksional əlaqəni təmin edəcək. Hələ 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən “Digital Transformation Day” konfransı zamanı AZANS və “HungaroControl” belə sistemlərin hava naviqasiyası sahəsindəki texnoloji inqilabın əsasını təmin edəcəyini bildirib.
“Al Heya Holding”in prezidenti Abdulla Əl-Mansuri (Abdullah Al Mansoori), Avstriyanın tikinti korporasiyası “Waagner-Biro”nun sahibi və icraçı direktoru Yoqan Sişka (Johann Sischka) ilə geniş görüş keçirilib. Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturunun inkişafı və BƏƏ-nin nəhəng şirkəti tərəfindən investisiyanın ayrılması məsələləri müzakirə edilib.
Avstriyanın “Frequentis” şirkətinin prezidenti Norbert Haslaher (Norbert Haslacher) ilə görüşdə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində ən yeni nəsil rəqəmsal rabitə sisteminin tətbiqi ilə bağlı layihə müzakirə edilib. “Frequentis” texnologiyaları ABŞ-ın aerokosmik agentliyi NASA da daxil olmaqla dünyanın aparıcı aviasiya provayderləri tərəfindən istifadə olunur.









Hüseyn Vəliyev
Digər xəbərlər
XƏBƏR LENTİ
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Trampın müşaviri Çinlə imzalanacaq ticarət sazişinin detallarını açıqlayıb
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
İlham Yadullayev: "Onların belə işə əl atacağına heç vaxt inanmazdım" - MÜSAHİBƏ
Bakıda xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
ABŞ Nümayəndələr Palatasının komitəsi Trampa impiçment elan olunacaq iki maddəni təsdiqləyib
Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO
Məsud Özil müsəlman dünyasını uyğur türklərinə laqeyd münasibətlərinə görə qınayıb
Bakıda avtomobil qadını vurub
Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
Prezident İlham Əliyev Boris Consonu təbrik edib
Boris Conson: “İnsanların siyasət və “Brexit” barəsində danışıqlara fasilə verməyə ehtiyacı var”
Aqrar Sığorta Fondunun Nizamnamə kapitalı və idarəetmə orqanları müəyyənləşib
Şeş-Qoşa atıb, aldığınız məhsulu pulsuz aparın
Aqrar sığortanın dövlət büdcəsi hesabına ödənilməli olan hissəsi ilə əlaqədar tələb edilən sənədlər müəyyənləşib
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
Britaniyada təhsil alan məzunların mükafatlandırılması mərasimi keçirilib
Bakıda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
Bakıda minik avtomobili yanıb
Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyə görə Kolumbiyaya təşəkkür edib
Nazir: “Azərbaycanda təbii artım göstəricisi artıb"
"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO
XİN: Belə çıxır ki, Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir
Dubayda Azərbaycan məhsullarının ixracına dair razılıq əldə olunub
Əbülfəs Qarayev Almaniya səfiri ilə görüşüb
Qubernator: "Bakı və Həştərxan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var"
Üçqat Azərbaycan çempionu mövsümə “Murov” adı ilə başlayacaq
“Bizim supermarket”də “kərə yağı” adı altında satılan spred yağı aşkarlanıb
Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi zamanı 307 ağac köçürüləcək
AMB: Ölkədən çıxarılan pul baratlarının həcmi 19% artıb
Elmar Məmmədyarov Latviya Seyminin sədri ilə görüşüb
Quba Təhsil Şöbəsi: Yanğın zamanı məktəbdən 21 şagird təxliyə olunub
UNEC-də “Musiqidən ürəklərə” adlı inklüziv konsert proqramı keçirilib
Azərbaycanın qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 399 mln. dollardan çox profisit yaranıb
Danışılmış oyunda günahlandırılan futbolçu: “Dünən bizi ifadə vermək üçün çağırmışdılar”
DİN qəza olan magistral yolda sürət həddini dəyişib
Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb
Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib
İranda hökumət əleyhinə aksiya keçirilib
Dolların dekabrın 16-na olan məzənnəsi açıqlanıb

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"