Gürcüstan tərəfi BTQ üzrə sərnişin daşımaların ləngiməsinin səbəbini açıqlayıb

Gürcüstan tərəfi BTQ üzrə sərnişin daşımaların ləngiməsinin səbəbini açıqlayıb
  • Clock-gray 13:07
  • calendar-gray 08 Noyabr 2019

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üzrə sərnişin daşımalarının gecikməsinə münasibət bildirib.

Məsələ ilə bağlı APA-nın yerli bürosunun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, xətt üzrə sərnişin daşımalarına yalnız bütün təhlükəsizlik tədbirləri təmin edildikdən sonra başlayacaq.
 
“Yeni Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan seksiyası ilə sərnişin daşımalarına yalnız layihə tam bitdikdən sonra başlanacaq. Məqsəd bütün təhlükəsizlik standartlarına cavab verməkdir”, – deyə qurumdan bildirilib.
 
Qeyd edək ki, BTQ üzrə sərnişin daşımalarına cari ilin avqust ayında başlanması planlaşdırılırdı. Azərbaycan Dəmir Yollar QSC-nin sədri Cavid Qurbanov layihə üzrə sərnişin daşımaların ləngiməsinin Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlərin olmaması ilə əlaqələndirib.
 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date