"Moody’s": Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur

"Moody’s": Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur
  • Clock-gray 12:57
  • calendar-gray 21 Yanvar 2020

Azərbaycanın mövcud valyuta ehtiyatları ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayətdir.

Bu barədə "APA-Economics" "Moody’s" beynəlxalq reytinq agentliyinin MDB üzrə dərc etdiyi yeni hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, MDB ölkələrinin əksər mərkəzi bankları valyutalarının məzənnəsinin çevikliyini artırır ki, bu məzənnə bazarda olan tələbi və təklifi əks etdirə bilsin. Azərbaycan isə istisnadır.

Bundan əlavə, hesabatda qeyd edilir ki, əmtəə bazarında tələb və qiymətlərin agentliyin proqnozlarından aşağı olsa, bu, Azərbaycanla yanaşı Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrə mənfi təsir edə bilər.

 

Qeyd edək ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. ABŞ dollarına yaxındır.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date