ABŞ-ın təkrar mənzil bazarı sentyabrda canlanıb

ABŞ-ın təkrar mənzil bazarı sentyabrda canlanıb
  • Clock-gray 11:45
  • calendar-gray 23 Oktyabr 2020

ABŞ-ın təkrar mənzil bazarında alqı-satqı əməliyyatlarının sayı sentyabr ayında avqustla müqayisədə 9,4% artaraq 6,54 mln-a çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Milli Rieltorlar Assosiasiyasının (National Association of Realtors) açıqlamasında deyilir.

Bazarda problemli daşınmaz əmlakın payı avqust ayında olduğu kimi sentyabrda da 1%-dən az olub.

ABŞ-da bir ailə üçün nəzərdə tutulmuş evlərin satışı ("single family home") hesabat ayında 5,87 mln. təşkil edib ki, bu da aylıq ifadədə 9,7%, illik ifadədə isə 21,8% çoxdur. Ölkədə bu cür evlərin orta dəyəri illik nisbətdə 15,2% artaraq 316,2 min dollara yüksəlib.

Sentyabr ayında mənzillər satışlarının sayı 670 min təşkil edib ki, bu da avqustla müqayisədə 6,3%, keçən ilin sentyabr ayına nisbətən isə 13,6% çoxdur. Bu cür daşınmaz əmlakın orta qiyməti illik ifadədə 9,9% artaraq 272,7 min dollara çatıb.

Qeyd edək ki, bundan öncə mütəxəssislər ABŞ-da daşınmaz əmlakın təkrar bazarında əməliyyatların sayının 5% artaraq 6,3 mln-a çatacağını gözləyirdi.

APA-Economics

Digər xəbərlər