ADIF bağlanan dörd bankda pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək

ADIF bağlanan dörd bankda pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək
  • Clock-gray 14:01
  • calendar-gray 25 İyun 2020

Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanan son dörd bankda aşkar olunan hüquqi pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

"APA-Economics"in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bəzi bankların kredit verilməsi və bank qaydalarına riayət edilməməsi ilə bağlı nöqsanlar aşkar olunub: “Məlum olduğu kimi, ləğv edici funksiyası olduğuna görə Fond təkcə kompensasiyalar vermir, həmçinin kredit yığımı ilə də məşğuldur. Belə hallar aşkar olunduqda hüquq mühafizə orqanlarına müraciət olunur”.

O həmçinin əlavə edib ki, bağlanan son dörd bankda depozit qəbulunda yol verilən nöqsanlarla bağlı hüquq mühafizə orqanlarına mütləq şəkildə müraciət olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər