AİB: Azərbaycanda bu il ÜDM 0,5%, 2021-ci ildə isə 1,5% artacaq - PROQNOZ

AİB: Azərbaycanda bu il ÜDM 0,5%, 2021-ci ildə isə 1,5% artacaq - PROQNOZ
  • Clock-gray 10:13
  • calendar-gray 03 Aprel 2020

Asiya İnkişaf Bankı (AİB) neft qiymətlərinin aşağı olduğu iqtisadi mühitdə Azərbaycanda 2020-ci ildə ÜDM-in artım tempinin 0,5% təşkil edəcəyini, 2021-ci ildə isə daha yüksək neft-qaz hasilatı sayəsində 1,5%-dək artacağını gözləyir.

"APA-Economics"in AİB-in yeni dərc olunmuş "Asian Development Outlook (ADO) 2020: What Drives Innovation in Asia?" adlı hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatının böyümə perspektivləri yaxın gələcəkdə əsasən neftin qiymətlərindən asılı olacaq. 2020-ci ildə 0,5%, 2021-ci ildə isə 2% səviyyəsində proqnozlaşdırılan sənaye sektorunun artımı karbohidrogen hasilatının gözlənilən yüksək göstəriciləri, xüsusən "Şahdəniz-2" qaz yatağında yüksək hasilatın və Trans Adriatik qaz kəmərinin (TAP) 2020-ci ildə tamamlanması sayəsində baş verəcək.

AİB-in proqnozlarına görə, Azərbaycanda kənd təsərrüfatında artım tempi 2020-ci ildə 4,5%, 2021-ci ildə isə 4% təşkil edəcək Koronavirus infeksiyasının yayılmasına baxmayaraq, bank ölkədə xidmət sektorunun 2020-ci ildə 1% artacağını gözləyir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date