AİB: Koronavirusdan qlobal zərər 4,1 trln. dollara çata bilər

AİB: Koronavirusdan qlobal zərər 4,1 trln. dollara çata bilər
  • Clock-gray 11:25
  • calendar-gray 03 Aprel 2020

Koronavirus pandemiyasının qlobal zərəri virusun yayılma miqyasından asılı olaraq 4,1 trln. ABŞ dolları və ya qlobal ÜDM-in təxminən 5%-i qədər ola bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni dərc olunmuş "Asian Development Outlook (ADO) 2020: What Drives Innovation in Asia?" adlı hesabatına deyilir.

Pandemiyanın miqyası az olarsa qlobal zərərin 2 trln. dollar və ya qlobal ÜDM-in 2,3%-i qədər ola bilər. Bankın hesablamalarına görə, Asiyanın inkişafda olan ölkələrinin, o cümlədən Çinin payına koronavirusla bağlı zərərin 22-36%-i düşür.

Qeyd edək ki, AİB Asiyada 2020-ci il üçün iqtisadi artım proqnozunu ötən ilin sentyabrında gözlənilən 5,5% göstəricisindən 2,2%-ə endirib. Çin üçün proqnoz isə 6%-dən 2,3%-ə endirilib.

APA-Economics

Digər xəbərlər