AİB bu il Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

AİB bu il Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır
  • Clock-gray 10:47
  • calendar-gray 03 Aprel 2020

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda bu il istehlak qiymətləri indeksinin ötənilki 2,6%-lik artımdan 2,5%-ə enməsini proqnozlaşdırır.

"APA-Economics"in AİB-in yeni dərc olunmuş "Asian Development Outlook (ADO) 2020: What Drives Innovation in Asia?" adlı hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanda bu il istehlak qiymətləri indeksinin 2019-cu illə müqayisədə aşağı düşməsinin əsas səbəbi koronavirusla bağlı olacaq zəif iqtisadi fəaliyyət göstərilir. Bankın hesablamalarına görə, 2021-ci ildə ölkədə inflyasiyanın səviyyəsinin 3,5%-dək artması istehlakçı xərclərinin artırılması üçün sosial sektora ayrılan xərclərin gec təsir etməsindən baş verəcək. Bu, özü-özlüyündə ərzaq qiymətlərinin zəif artmasını və manatın sabit məzənnəsini əks etdirir.

AİB-in proqnozuna görə, əgər valyuta məzənnəsi sabit qalarsa, pul siyasətinin bir qədər boş buraxılması mümkündür və bunun ardınca gələn tənzimlənən faiz dərəcələri kreditlərin daha sürətli böyüməsinə kömək edə bilər.

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazasını sabitləşdirmək üçün depozit və not hərraclarını davam etdirəcək. AMB xarici valyutanı dövriyyədə saxlayaraq manatın məzənnəsinə enən təzyiqdən yayınmağı və bununla da üzən məzənnə rejiminə keçidə aparan hər hansı bir hərəkəti ləngitməyə davam edəcək. Hökumət baza inflyasiya səviyyəsinə nəzarət etmək üçün tənzimlənən qiymətlərə sərt nəzarət edəcək.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date