AMB: Azərbaycanın bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır

AMB: Azərbaycanın bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır
  • Clock-gray 12:52
  • calendar-gray 30 Oktyabr 2020

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının azalması gözlənilmir, əksinə, artım baş verə bilər.

"APA-Economics"in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında çıxış edən bankın sədri Elman Rüstəmov deyib.

“Bizim proqnozumuza görə, bankın rəsmi valyuta ehtiyatları stabil qalacaq və yaxud bir qədər artacaq", - deyə AMB sədri qeyd edib.

Bank sektorunun mövcud vəziyyətinə toxunan E. Rüstəmov bildirib ki, bankların portfelinin vəziyyətini təhlil etmək üçün geniş həftəlik monitorinqlər aparılır və situasiya mart ayında keçirilmiş stress-testlərin nəticələrindən, yəni proqnozlaşdırılandan daha yaxşıdır. E. Rüstəmov əlavə edib ki, bu barədə növbəti həftə əlavə açıqlamalar veriləcək.

Sədr qeyd edib ki, COVID-19 pandemiyası şəraitində bank sektorunda və xüsusən istehlak kreditlərində pisləşmə var və bu, normaldır, lakin bank sektorunun ikiqat kapital buferi sayəsində pandemiya bankların maliyyə vəziyyətinə təsir göstərmir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər