AMB depozit hərracında 200 mln. manat cəlb edib

AMB depozit hərracında 200 mln. manat cəlb edib
  • Clock-gray 12:27
  • calendar-gray 29 Mart 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, martın 29-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 200,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82 % təşkil edib.

Nəticədə hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Hüseyn Vəliyev

Digər xəbərlər