AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb

AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb
  • Clock-gray 13:20
  • calendar-gray 03 İyun 2020

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notları 3 iyun 2020-ci il tarixinə 774,48 mln. manat təşkil edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, dövriyyədə olan notların həcmi mayın 20-si ilə müqayisədə 40,94 mln. manat və ya 5%, son bir ayda isə (6 may ilə müqayisədə – red.) 104,41 mln. manat və ya 11,9% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər