AMB-nin xalis xarici aktivləri artıb

AMB-nin xalis xarici aktivləri artıb
  • Clock-gray 15:30
  • calendar-gray 25 İyun 2020

Bu ilin iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 17 698,8 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 194,8 mln. manat və ya 7,2% artım deməkdir.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda isə 99,7 mln. manat və ya 0,6% azalıb.

2020-ci ilin iyunun 1-nə AMB-nin xalis daxili aktivləri isə son bir ayda 438,2 mln. manat və ya 5,2% ötən ilin eyni dövrü ilə müqayisədə isə 601,4 mln. manat və ya 7,2% artaraq 8 931,5 mln. manat təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər