AMB ötən il 748 ədəd qızıl yubiley və xatirə pul nişanı buraxıb

AMB ötən il 748 ədəd qızıl yubiley və xatirə pul nişanı buraxıb
  • Clock-gray 10:12
  • calendar-gray 24 Fevral 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2019-cu il ərzində 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikeldən olan ümumilikdə 1 844 ədəd yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, pul nişanları beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən satışda olan yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilir.

Xatırladaq ki, AMB tərəfindən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date