AYİB Azərbaycanda "yaşıl" investisiyalara və iqlim dayanıqlığına dəstəyini artırır

AYİB Azərbaycanda "yaşıl" investisiyalara və iqlim dayanıqlığına dəstəyini artırır
  • Clock-gray 15:52
  • calendar-gray 30 İyun 2020

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı (Aİ) Misir, Mərakeş və Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı ölkələrində “yaşıl” sərmayə və iqlim dayanıqlığına dəstəklərini artırırlar.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Aİ enerji səmərəliliyinə investisiyaları artırmaq, karbon tullantılarını azaltmaq, innovativ "yaşıl" texnologiyaları tətbiq etmək, dairəvi iqtisadiyyatı dəstəkləmək və enerji səmərəliliyi investisiyaları üçün qanuni çərçivələri yaxşılaşdırmaq məqsədilə AYİB-in üç proqramı vasitəsilə 61,3 mln. avro dəyərində qrant ayırır.

Aİ-nin Misir və Mərakeş üçün ayrılmış müvafiq olaraq 24,8 mln. avro və 21,1 mln. avro həcmində qrantları AYİB-in özəl şirkətlərə kredit vermək üçün yerli maliyyə qurumları vasitəsi ilə səmərəli və bərpa olunan enerji investisiya dəstəkləməyə yönəlmiş Yaşıl Enerji Maliyyələşdirmə Mexanizmini (GEFF) dəstəkləyəcək.

Bundan əlavə, AYİB özünün "İqlim dəyişikliyi üçün maliyyə və texnologiyalar transferi" (FINTECC) proqramı vasitəsilə "EU4Climate!" təşəbbüsü çərçivəsində Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı regionuna 15,4 mln. avro yönəldəcək və bu maliyyə axınının innovativ iqlim texnologiyalarının və davamlı biznes təcrübələrinin tətbiqini sürətləndirəcəyi gözlənilir.

Xatırladaq ki, AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər