AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb

AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb
  • Clock-gray 13:45
  • calendar-gray 09 İyul 2020

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ticarətin maliyyələşdirilməsi proqramının 2020-ci il üçün limitini 2 mlrd. avrodan 3 mlrd. avroyadək artırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə AYİB-in məlumatında deyilir.

Qeyd olunub ki, COVID-19 pandemiyasının qlobal ticarət axınlarını ciddi şəkildə zərər vurduğuna görə, bankın sözügedən proqramına göndərilən sorğuların həcmi kəskin artıb. Bunun nəticəsi kimi, bu günədək AYİB 2020-ci ildə rekord 1,8 mlrd. avro həcmində olan 1 000-dən çox xarici ticarət əməliyyatını maliyyələşdirib və 10 tərəfdaş bankla limitləri ümumi 500 mln. avroya qədər artırıb.

Qeyd edək ki, AYİB pandemiyaya cavab olaraq 1 və 3 mlrd. dollarlıq maliyyə yardımı paketləri ayırdıqda ticarətin maliyyələşdirilməsi proqramı bankın müdaxiləsinin əsas sahəsi kimi müəyyən edilib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər