"AtaHolding"in aktivləri ötən il 11% azalıb

"AtaHolding"in aktivləri ötən il 11% azalıb
  • Clock-gray 09:51
  • calendar-gray 07 İyul 2020

Ötən ilin yekunlarına əsasən "AtaHolding" MMC-nin ümumi mənfəəti 19 174 909 manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 27,8% azdır.

"APA-Economics"in MMC-nin illik hesabatına istinadən verdiyi məlumata görə, şirkətlər qrupu ötən ili 32 710 981 manat xalis gəlirlə başa vurub. 2018-ci ildə "AtaHolding" xalis zərəri isə 8 725 152 manat olub.

Hesabat ilində MMC-nin cəmi aktivləri illik ifadədə 11,2% azalaraq 85 838 998 manata enib, cəmi öhdəlikləri isə 12,3% azalaraq 25 687 232 manata bərabər olub.

Qeyd edək ki, "AtaHolding" 2003-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Holdinqin maliyyə sektorunda  "AtaSığorta" ASC, "AtaLizinq" ASC,  turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və beşulduzlu "Excelsior Baku" hoteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində "AtaTexnologiya" MMC  şirkətləri fəaliyyət göstərir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər