Avni Demirci: "Azərbaycan və Türkiyə ikitərəfli ticarətdə milli valyutadan istifadə edə bilər"

Avni Demirci: "Azərbaycan və Türkiyə ikitərəfli ticarətdə milli valyutadan istifadə edə bilər"
  • Clock-gray 17:51
  • calendar-gray 22 May 2020

"Türkiyə ilə Azərbaycan arasında yerli valyutalarda ticarət əməliyyatlarının aparılmasına heç bir qanuni əngəl yoxdur".

"APA-Economics"in məlumatına görə, bunu "Caspian European Club" tərəfindən təşkil olunan beynəlxalq onlayn B2B Azərbaycan-Türkiyə forumunda çıxış edən "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirci deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ hər iki ölkə rəhbərlərinin görüşlərində dəfələrlə rəsmi olaraq dilə gətirilib: "Bizim bank Azərbaycanla Türkiyə arasında lirə və manatla həyata keçirilən ticarət əlaqələrində vasitəçi rolunu oynayır. Sadəcə bununla bağlı satıcılarla alıcılar arasına müvafiq razılaşmanın olması gərəkdir. Bütün göndərişlər bankın öz sistemi üzərindən aparılır və göndərilən vəsait 35 saniyəyə hesaba oturur".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date