"AzerGold" ötən il büdcə ödənişlərini 4,7% artırıb

"AzerGold" ötən il büdcə ödənişlərini 4,7% artırıb
  • Clock-gray 11:43
  • calendar-gray 24 Fevral 2020

Ötən il "AzerGold" QSC dövlət büdcəsinə ümumilikdə 13 487 739 manat vəsait ödəyib.

"APA-Economics"in məlumatına görə, bunu "AzerGold" QSC-in sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə sözügedən göstərici 12 644 465 manat təşkil edib.  2019-cu ildə büdcə ödənişləri öncəki illə müqayisədə 843 274 manat, yəni 6,7% artıb.

"Hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində Cəmiyyət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən alışı təşkil edib", - deyə Z. İbrahimov qeyd edib.

O həmçinin əlavə edib ki, QSC tərəfindən 2019-cu ildə 57 min unsiya saf qızıl ARDNF-a satışı həyata keçirilib. Bu, satışın ümumi həcminin 95%-i təşkil edir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date