Azərbaycan Beynəlxalq Bankı: Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar

Azərbaycan Beynəlxalq Bankı: Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar
  • Clock-gray 18:10
  • calendar-gray 06 Aprel 2020

COVID-19 koronavirus infeksiyası ilə bağlı elan edilmiş karantin dövründə pensiyaçı müştərilərin sağlamlığı qayğısına qalaraq onlara daha bir imkan yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri də aprelin 8-dən etibarən iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və “Azərpoçt” MMC-nin bankomatlarında komisyonsuz nağdlaşdıra bilərlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların öz pensiyalarını yaşadıqları ərazidə, onlara ən yaxın bankomatda ala bilməsi xüsusilə pensiyaların verildiyi günlərdə bankomatlar qarşısında növbələrin qarşısını alacaq, yaşlı insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankı öz bankomatlarının işlək səthinin gündəlik dezinfeksiya olunmasını da təmin edir.

Bank pensiyaçıları ödənişlərini mümkün qədər nağdsız aparmağa çağırır. Nağdlaşdırmanın zəruri olduğu hallarda isə bank bütün müştərilərinə karantin rejiminin tələblərinə riayət edərək bankomatlar qarşısında ən azı 2 metr məsafə saxlamağı tövsiyə edir.

APA-Economics

Digər xəbərlər