Azərbaycan Beynəlxalq Bankı mükafatlandırılıb

Azərbaycan Beynəlxalq Bankı mükafatlandırılıb
  • Clock-gray 10:50
  • calendar-gray 11 Dekabr 2019

“Mastercard” beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını iki nominasiya üzrə mükafatlandırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə,  Azərbaycan Beynəlxalq Bankı “Mastercard”ın debit kartlarının sayını ən çox artıran birinci bank mükafatına layiq görülüb. Bank “Platinum” kartlarının sayını ən çox artıran bank nominasiyası üzrə də lider olub. Bakıda təşkil olunmuş rəsmi mərasimdə mükafatlar bank nümayəndələrinə təqdim olunub.

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. “Mastercard”, “Visa”, “American Express”, “Union Pay”, “Diners Club”, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda alış-veriş zamanı bankın kartları və POS terminalları ilə aparılmış ödənişin 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ən böyük ATM şəbəkəsinə malik bankdır. Hazırda respublikada ayrı-ayrı bölgələrində bankın 782 bankomatı fəaliyyətdədir. Bundan başqa, ölkədə  müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının minlərlə aktiv POS terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date