Azərbaycan Çindən idxalın həcmini yanvarda 30% artırıb

Azərbaycan Çindən idxalın həcmini yanvarda 30% artırıb
  • Clock-gray 14:00
  • calendar-gray 21 Fevral 2020

Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 120 072,5 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 29 819,9 min dollar və ya 33% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar ayında ixracın həcmi 3 309,3 min dollar və ya 2,2 dəfə artaraq 6 080 min dollar, idxalın həcmi isə 26 510,6 min dollar və ya 30,3% artaraq 113 992,4 min dollara çatıb.

2020-ci ilin yanvar ayında 107 912,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23 201,3 min dollar və ya 27,4% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date