Azərbaycan Gürcüstandan avtomobil şinlərinin idxalını 11% artırıb

Azərbaycan Gürcüstandan avtomobil şinlərinin idxalını 11% artırıb
  • Clock-gray 09:45
  • calendar-gray 24 Yanvar 2020

2019-cu ildə Azərbaycanın Gürcüstandan yeni pnevmatik rezin avtomobil şin idxalının həcmi əvvəlki illə müqayisədə 116,3 ton və ya 10,9% artaraq 1 182,3 tona çatıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ixrac edilən məhsula görə Azərbaycan tərəfindən ödənilən məbləğ 5 789,5 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 1 622,6 min dollar və ya 38,9% çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan 4 166,9 min dollar dəyərində 1 066,0 yeni pnevmatik rezin şin idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date