Azərbaycan Gürcüstandan karton idxalını kəskin artırıb

Azərbaycan Gürcüstandan karton idxalını kəskin artırıb
  • Clock-gray 12:48
  • calendar-gray 24 Yanvar 2020

2019-cu ildə Azərbaycan Gürcüstandan karton və sellülozdan hazırlanmış qablaşdırma məhsullarının idxalını əvvəlki illə müqayisədə 25 dəfə və ya 459,8 ton artıraraq 479 tona çatdırıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulun dəyəri 7 381,4 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 400 dəfədən çoxdur.

2018-ci ildə Azərbaycan Gürcüstandan bu kateqoriya üzrə 18,3 min dollar dəyərində 19,2 ton məhsul idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date